Riberi: "Zidan məni "Real"da görmək istəyirdi"

"Bavariya" klubunun yarımmüdafiəçisi Frənk Riberi gələcək karyerası haqda danışıb. Qol.Az-ın məlumatına görə, ulduz futbolçu "Real" (Madrid) klubunun onunla maraqlanmasına baxmayaraq, Münhendə qalmaq istədiyini açıqlayıb: "Barselona" və "Real" böyük klublardır. Hər iki klub mənimlə maraqlanırdı. Lakin mən "kral klubu"nu özümə daha doğma hiss edirdim. Çünki orada həmyerlim Zinəddin Zidan çalışır. Zidan məni Madriddə görmək istəyirdi. Lakin mən "Bavariya"dan ayrılmaq niyyətim yox idi. Çünki bura mənim ailəm kimidir". 
Qeyd edək ki, Riberi sonda bu il "Qızıl top" mükafatını qazanmağa iddialı olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31