"Barselona"da daha bir ciddi itki
12 Noyabr 2013 20:11 İdmanİspaniyanın "Barselona" klubu daha bir ciddi itki ilə üzləşib. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, La Liqada "Betis"lə matçda sağ dizindən zədələnən Sesk Fabreqasın ən azı bir həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Bu səbəbdən o, İspaniya millisinin Qvineya və CAR-la oyunu üçün heyətdən kənarlaşdırılıb.
Qeyd edək ki, kataloniyalılar Messinin də xidmətindən təxminən iki ay yararlana bilməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31