AFFA Saşa Stamenkoviçi cəzalandırdı
12 Noyabr 2013 18:50 İdmanBu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın məlumatına görə, İK Topaz Premyer Liqanın sonuncu turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb. Topaz Premyer Liqasının XIII turunun AZAL - "Qarabağ" matçında AZAL klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Topaz Premyer Liqasının XIII turunun "Neftçi" - "Bakı" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
Oyununun 27-ci dəqiqəsində "Neftçi" klubunun 30 nömrəli futbolçusu Saşa Stamenkoviç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, kluba 200 manat cəza kəsilib.
Oyunun 1 və 31-ci dəqiqələrində "Neftçi" klubunun azarkeşləri, 16 və 59-cu dəqiqələrdə isə "Bakı" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 2000 manat cərimə olunub.