Dieqo Kosta İspaniya millisinin heyətindən kənarlaşdırıldı
12 Noyabr 2013 19:01 İdmanİlk dəfə İspaniya millisinə dəvət alan "Atletiko" (Madrid) klubunun futbolçusu Dieqo Kosta yığmanın düşərgəsini tərk edib. Qol.Az-ın məlumatına görə, buna səbəb Braziliya əsilli futbolçunun zədələnməsi səbəb olub. La Liqanın son turunda "Vilyareal"la görüşdə (1:1) zədələnən futbolçu millinin heyətindən kənarlaşdırılıb. Sağ ayağında yırtıq aşkarlanan Kostanın qarşıdakı yoldaşlıq görüşlərində iştirak etməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, İspaniya millisi noyabrın 15-də Qvineya, 4 gün sonra isə CAR-la yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31