"Milan" baş məşqçisi ilə bağlı qərarını açıqladı

İtaliyanın "Milan" klubunun baş məşqçisi Massimiliano Alleqri postunda qalacaq.Qol.Az-ın xəbərinə görə, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Bu mövsüm uğursuz çıxışı ilə diqqət çəkən Milan təmsilçisinin baş məşqçisi ilə yollarını ayıracağı gözlənilirdi. Lakin klubun prezidenti Silvio Berluskoni və vitse-prezident Adriano Qalliani 46 yaşlı mütəxəssisin komandada qalmasına dair qərar veriblər.
Qeyd edək ki, bu mövsüm A Seriyada 12 oyuna çıxan "Milan" klubu 13 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31