"Bavariya"nın futbolçusu əməliyyat olunacaq

"Bavariya" klubunun futbolçusu Bastian Şvaynştayger əməliyyat olunacaq. Qol.Az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.  Bildirilib ki, sağ ayağında problemlər olan 29 yaşlı oyunçu yenidən bıçaq altına yatacaq. 
Qeyd edək ki, B.Şvaynştayger ötən mövsümün sonunda eyni zədə səbəbindən əməliyyat olunmuş və bir müddət forma geyinə bilməmişdir. Onun əməliyyatdan sonra hansı müddətə yaşıl meydanlardan uzaq qalacağı hələlik məlum deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31