Roberto Karlosdan "Valensiya" açıqlaması
8 Noyabr 2013 11:22 İdmanTürkiyənin "Sivasspor" klubunun baş məşqçisi Roberto Karlos "Valensiya"nı çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, braziliyalı mütəxəssis İspaniya təmsilçisindən rəsmi təklif almadığını deyib:
"Kənardan bu haqda müəyyən məlumatlar eşidirəm. Ancaq mənimlə görüşən olmayıb. Yəni, rəsmi təklif almamışam. Əgər rəsmi təklif gəlsə, birbaşa olaraq klub rəhbərliyi ilə görüşərəm. Hələ ki, "Sivasspor"dayam. Deməli Türkiyədə uğurum var ki, belə xəbərlər yayılır. Bu tip təkliflər daha çox gələ bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31