Avropa Liqasında "pley-off"a yüksələn 8 klub müəyyənləşdi
8 Noyabr 2013 11:18 İdmanAvropa Liqasının qrup mərhələsində dördüncü turun oyunları başa çatıb. Qol.Az-ın məlumatına görə, bu qarşılaşmalarla bəzi qruplarda növbəti mərhələyə çıxan komandaların adı məlum olub. Dörd matçda sonra 8 komanda artıq "pley-off"a yüksəlib. Bunlar "Valensiya" (İspaniya), "Rubin" (Rusiya), "Ludoqorets" (Bolqarıstan), "Zalsburq" (Avstriya), "Esbyerq" (Danimarka), "Fiorentina" (İtaliya), "Dnepr" (Ukrayna) və "Tottenhem"dir (İngilətərə).
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31