Ançelotti: "Mənim əsas hədəfim..."
8 Noyabr 2013 19:24 İdman"Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasındakı hədəfləri haqda danışıb. Qol.Az-ın məlumatına görə, "Marca"ya danışan italiyalı mütəxəssis bildirib ki, komandasının ÇL-də yarımfinala çıxması onu qane etməyəcək: "Baş məşqçi karyeram ərzindən işlədiyim bir çox klub yarımfinala çıxıb. Ancaq mənim əsas hədəfim "Real"ın finala yüksəlməsidir".
Qeyd edək ki, Madrid klubu ötən mövsüm yarımfinalda "Borussiya" ilə qarşılaşmış və iki oyunun nəticəsinə əsasən mübarizəni dayandırmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31