Dieqo Kosta İspaniya millisinə çağırıldı
8 Noyabr 2013 11:10 İdmanBraziliya millisindən imtina edərək İspaniyanı seçən "Atletiko"nun (Madrid) futbolçusu Dieqo Kosta ilk dəfə yığmaya dəvət olunub. Qol.Az-ın məlumatına görə, İspaniya milllisinin baş məşqçisi Visente Del Boske Afrikada oynayacaqları hazırlıq matçı üçün hücumçunu da heyətə çağırıb. Təcrübəli mütəxəssis Kostanın çox yaxşı formada olduğunu və bu səbəbdən milliyə çağırdığını deyib.
Qeyd edək ki, İspaniya millisi noyabrın 16-i Qvineya, noyabrın 19-u isə Cənubi Afrika yığması ilə qarşılaşacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31