İdman dırmanması üzrə Açıq Respublika Çempionatı keçiriləcək
7 Noyabr 2013 12:59 İdman9-10 noyabr tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə "ClimBaku" idman dırmanması mərkəzində İdman Dırmanması üzrə növbəti Açıq Respublika Çempionatı keçiriləcək. Federasiyadan "OLAYLAR"a daxil olan məlumatda bildirilir ki, cempionatda FAİREX-in Azərbaycanın müxtəlif bölgələrindən olan idman klublarının 100-dən artıq idmançısı ilə yanaşı xarici idmançılar da iştirak edəcək.
3 mərhələdə (təsnifat, yarımfinal, final) təşkil olunacaq yarışda idmançılar boulderinq, çətinlik və sürət növləri üzrə qüvvələrini sınayacaqlar. OLAYLAR
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31