"Borussiya" ilk dəfə məğlub oldu

Çempionlar Liqasının qrup mərhələsində dünən "Borussiya" (Dortmund) klubunun qonağı olan "Arsenal" rəqibinə bir ilki yaşatdırıb. Qol.Az-ın məlumatına görə, sözügedən qarşılaşmada London klubu 1:0 hesablı qələbə qazanaraq birinci pilləyə yüksəlib. Dortmund təmsilçisi bu oyunla Avropa kuboklarında ilk dəfə olaraq öz meydanında məğlub olub.

Qeyd edək ki, "Borussiya" Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Napoli"ni qəbul edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31