Valdez Kanı geridə qoydu, Kasilyasa yaxınlaşdı
7 Noyabr 2013 19:36 İdmanÇempionlar Liqasında "Barselona"nın "Milan"a qarşı keçirdiyi görüş Kataloniya təmsilçisinin qapıçısı Viktor Valdez üçün əlamətdar olub. Qol.Az-ın məlumatına görə, Valdez "Bavariya" klubunun əfsanəvi qapıçısı Olivyer Kanın rekordunu yeniləməyi bacarıb. Kanın 107 oyunluq rekordunu geridə qoyan Valdez (108) ikinci pilləyə yüksəlib. Bu nəticə ilə ispan qapıçı yalnız İker Kasilyasdan geri qalır. Kasilyas karyerası ərzində Çempionlar Liqası turnirində 133 oyun keçib.
Xatırladaq ki, "Barselona" və İspaniya millisinin qapıçısı olan Valdezin Kataloniya klubu ilə olan müqaviləsi mövsümün sonunda bitir. O, klubu tərk etmək niyyətində olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31