Bakıda güclü yanğın - Sakinlər qatı dumandan narahatdır
3 Sentyabr 21:00 HadisəBakının Xəzər rayonu ərazisində güclü yanğın başlayıb.
Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.
Bildirilir ki, hazırda ərazini qara və qatı duman bürüyüb. Sakinlər bundan narahat olduqlarını bildiriblər.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirilib ki, yanğın Binə qəsəbəsində açıq ərazidə başlayıb.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Yanğın nəzarətə götürülüb. Hazırda alovun söndürülməsi istiqamətində iş gedir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31