15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı

İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib.

Qafqazinfo  xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitləri tullantılar üçün qazılan su quyusundan çıxarılıb.

Meyitlərə müvafiq baxış keçirildikdən sonra ailələrinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31