Bu ölkədə 7.2 maqnitudalı zəlzələ: xəsarət alanlar var

Avqustun 20-də Peruda baş verən 7.2 bal maqnitudalı zəlzələ nəticəsində azı üç nəfər xəsarət alıb.

Bu barədə ölkənin Milli Mülki Müdafiə İnstitutu məlumat yayıb.

"Səhiyyə Nazirliyinin əməliyyat qərargahı hazırda Korakora xəstəxanasında tibbi yardım göstərilmiş üç yaralı barədə məlumat verir", - deyə açıqlamada bildirilir.

Məlumata görə, yeraltı təkanlar nəticəsində 20-dən çox binaya ziyan dəyib.

Peru Geofizika İnstitutundan bildirilib ki, güclü zəlzələ Cənubi Amerika ölkəsinin mərkəzi hissəsində yerləşən Ayakuço departamentinin Korakora şəhərindən 35 kilometr şimalda qeydə alınıb. Yeraltı təkanların ocağı 108 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, daha əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Peruda 6.6 bal gücündə zəlzələ baş verdiyi barədə məlumat yaymışdı./oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31