Müharibə cəbhəsindən böyük xəbər: Rusiya və Ukrayna "103-ün 103-ə" formulunda əsir dəyişdi

Rusiya və Ukrayna "103-ün 103-ə" formulu üzrə növbəti hərbi əsir mübadiləsini həyata keçiriblər.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir.

Məlumatda vurğulanır ki, humanitar prosesin uğurla reallaşmasında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vasitəçi qismində çıxış edib.

Ukrayna tərəfi isə hələlik baş tutan əsir mübadiləsi ilə bağlı rəsmi bəyanat yaymayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31