Mərkəzi oteldə qanlı yanğın: Ölənlər arasında xarici vətəndaşlar və uşaq var
13:13 HadisəHindistanın Kalkutta şəhərinin mərkəzində yerləşən otellərdən birində gecə saatlarında kütləvi yanğın baş verib.
Olaylar.az xəbər verir ki, dəhşətli insident nəticəsində azı 9 nəfər həlak olub, daha 6 nəfər müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə gələn xilasetmə və yanğınsöndürmə briqadaları bina sakinlərini təxliyə etməyə müvəffəq olublar. Yanğınsöndürmə idarəsinin nümayəndələri ölənlərin kimliyinin dəqiqləşdirildiyini bəyan ediblər.
Məlumata görə, həlak olanlar arasında Hindistan və Banqladeş vətəndaşları, həmçinin bir uşaq da var.
Hadisənin başvermə səbəbləri hələlik tam müəyyən edilməyib, ərazidə axtarış və təhqiqat işləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31