Tərtərdə avtomobil iki piyadanı vuraraq öldürüb
21:50 HadisəTərtərdə iki piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonunun Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, əslən Ağdam rayonunun Güllücə kəndindən olan, hazırda Ağdam rayonunun Təzəkənd qəsəbəsində məskunlaşan Cəmilə Zeynalova və Mahirə Qədimova yolu keçərkən hərəkətdə olan "VAZ-2107" markalı avtomobil tərəfindən vurulublar.
Nəticədə piyadalardan biri hadisə yerində həyatını itirib. Digər yaralı isə xəstəxanaya aparılarkən yolda vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31