Dövlət sərhədini pozmağa cəhd göstərənlər saxlanıldılar
13:46 HadisəDövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, Xidmətin Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycandan Rusiya istiqamətində 2 nəfər - Əlcəzair vətəndaşı, 1994-cü il təvəllüdlü Makhlouf Houari və 1996-cı il təvəllüdlü Brahim Houari dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31