Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl oğurlandı
16:20 HadisəBakının Suraxanı rayonunda evdən külli miqdarda qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Milli.Az xəbər verir ki, rayon sakini evindən ümumi dəyəri 10 min manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı V.Məmmədov saxlanılıb.
Araşdırma zamanı onun usta kimi işlədiyi evdən qızıl-zinət əşyalarını oğurladığı müəyyən edilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31