İki qadının boğulması ilə bağlı araşdırma başladı

Bakının Səbail rayonunda yerləşən Şıxov çimərliyində iki qadının dənizdə boğularaq ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Trend  xəbər verir ki, hadisə avqustun 10-da baş verib.Dənizdə batan 1986-cı il təvəllüdlü Məmmədova Nurlana Muradxan qızı və 1977-ci il təvəllüdlü Qurbanova Ziyafət Kamal qızının meyitləri Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31