Əmisi ilə dənizdə batan 15 yaşlı yeniyətmənin meyiti tapıldı
10:52 HadisəBakıda dənizdə batan Salyan rayonunun Yenkənd kənd sakini 2011-ci il təvəllüdlü Həsən Əlihəsənovun meyiti tapılaraq aidiyyarı üzrə təhvil verilib.
APA xəbər verir ki, hadisə Ələt qəsəbəsi ərazisində qeydə alınıb.
Qeyd edək ki, Salyan rayonunun Yenikənd kənd sakinləri - 35 yaşlı Ariz Əlihəsənov və qardaşı oğlu, 2011-ci il təvəllüdlü Həsən Əlihəsənov dənizdə çimərkən boğulublar. Ariz Əlihəsənovun meyiti ötən gün sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31