Moskvadan Bakıya toya gələn xalaoğulları dənizdə boğuldu
3 Avqust 10:52 HadisəBuzovnada çimərlikdə 2 nəfər dənizdə batıb.Milli.Az xəbər verir ki, bu barədə bloger Saleh Nəsirov İnstaqram hesabında paylaşım edib.
O bildirib ki, dənizdə qayalıq ərazidə 2 qız, 2 oğlan olmaqla 4 nəfər batma təhlükəsi ilə üzləşib:
"Onlardan 11 və 22 yaşlı oğlanların həyatını xilas etmək mümkün olmayıb. Qızlar isə sahilə çıxarılıb. Boğulan oğlanlar xalaoğlu olublar. Onlar Moskvadan Bakıya toya gəliblərmiş".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31