Qarabağ suvarma kanalında bir nəfər batıb, axtarış aparılır (VİDEO)
18:35 Hadisəcnin "112" qaynar telefon xəttinə Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Avşar kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
"Hazırda vətəndaş - 1980-ci il təvəllüdlü Əsədov Adil Əsəd oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək", - deyə nazirlikdən bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31