Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
19:01 HadisəBakının Nizami rayonunda yerləşən Musa Əliyev küçəsinin bir hissəsində iyulun 22-dən etibarən təmir işlərinə başlanılacaq, nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, təmir işləri Qara Qarayev prospektindən 8-ci kilometr bazarınadək olan hissəni əhatə edəcək.
Qeyd olunub ki, işlərin gedişindən asılı olaraq həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə qismən və ya tam məhdudlaşdırılacaq.
Sürücülərə aparılan işlərə anlayışla yanaşmaları, marşrutlarını əvvəlcədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələri tövsiyə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31