Bakıda Tennis Akademiyasında ölüm hadisəsi baş verib

Bakının Binəqədi rayonunda yerləşən Bakı Tennis Akademiyasında ölüm faktı qeydə alınıb.

Unikal.az  xəbər verir ki, hadisə iyulun 17-də baş verib.

Məlumata görə, 1978-ci il təvəllüdlü Bakı şəhər sakini Rəşad Məmmədovun halı qəfil pisləşib və o, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31