Kamçatka sahillərində iki güclü zəlzələ baş verdi
12:42 HadisəRusiyanın Kamçatka sahillərində 6,0 və 5,7 maqnitudalı iki zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Məlumata görə, ilk zəlzələ Avaça körfəzinin akvatoriyasında baş verib. Zəlzələnin ocağı 64,6 kilometr dərinlikdə, episentri isə Petropavlovsk-Kamçatskidən təxminən 210 kilometr məsafədə yerləşib.
Yeddi dəqiqə sonra həmin ərazidə növbəti zəlzələ qeydə alınıb. Bu dəfə zəlzələnin maqnitudası 5,7, ocağın dərinliyi isə 72 kilometr olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31