Ermənistan müxalifəti hakimiyyət dəyişikliyi üçün aksiyalara hazırlaşır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın "Ermənistan" parlament fraksiyasının deputatı İşxan Saqatelyan müxalif qüvvələrin ölkədə hakimiyyət dəyişikliyi tələbi ilə kütləvi mitinqlərə hazırlaşdığını bəyan edib. O, mövcud iqtidara qarşı bütün müxalifət və ictimai fəalların əlaqəli mübarizəsinin vacibliyini vurğulayaraq, hazırda birgə fəaliyyət planı, müddətlər və mexanizmlərin müzakirə olunduğunu bildirib. Saqatelyan, həmçinin hakimiyyətin müxalifətə təzyiqləri artıracağını iddia edərək, iş adamlarını və ictimaiyyəti bu hərəkata qoşulmağa çağırıb. 

Xatırladaq ki, Konstitusiya Məhkəməsinin parlament seçkilərinin nəticələrini qüvvədə saxlamasından sonra, "Ermənistan" və "Güclü Ermənistan" blokları daxil olmaqla beş aparıcı müxalif qüvvə birgə bəyanat yayaraq mübarizəni həm parlamentdə, həm də meydanlarda daha geniş miqyasda davam etdirəcəklərini açıqlayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31