Sumqayıtda ölüm hadisəsi qeydə alınıb

Sumqayıtda ölüm hadisəsi qeydə alınıb.

Olaylar xəbər verir ki, hadisə şəhərin "birləşmiş məhəllələr" adlanan ərazisində qeydə alınıb.

1967-ci il təvəllüdlü İlqar Allahverdiyevin cansız bədəni yaşadığı evdə aşkarlanıb.

Məlumat daxil olduqdan sonra hadisə yerinə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Meyitə ilkin baxış keçirilib və müvafiq prosessual tədbirlər həyata keçirilib.

Hazırda ölümün səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Faktla bağlı müvafiq ekspertizalar təyin edilib və hadisənin bütün təfərrüatları araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31