Venesuelada güclü zəlzələ: 920 ölü, 3500-ə yaxın yaralı
09:13 HadisəVenesuelada zəlzələ nəticəsində ölənlərin sayı 920-yə çatıb.
Milli.Az xəbər verir ki, bu barədə Milli Assambleyanın sədri Xorxe Rodrigez məlumat verib.
Onun sözlərinə görə daha 3360 nəfər yaralanıb, 50 mindən çox insan isə hələ də itkindir.
Ölkə Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes son rəsmi bəyanatında
"7.2 və 7.5 maqnitudalı iki böyük zəlzələdən sonra bölgədə daha 214 afterşok (yeraltı təkan) qeydə alınıb ki, bu da dağılmış binalar altında qalanların xilas edilməsi işlərini çətinləşdirir. Dağıntıların ən çox qeydə alındığı La Quayra ştatı fəlakət zonası elan edilərək hərbçilərin nəzarətinə verilib". deyə bildirib.
BMT-nin yaydığı humanitar hesabata əsasən, zəlzələlər ümumilikdə təxminən 6.76 milyon insanın həyatına birbaşa və ya dolayısı ilə mənfi təsir göstərib.
Qeyd edək ki, hazırda BMT-nin xüsusi koordinasiyası ilə dünyanın 17 ölkəsindən, o cümlədən ABŞ, Meksika, Kolumbiya, Hindistan və Almaniyadan olan beynəlxalq axtarış-xilasetmə qrupları və tibbi briqadalar təcili şəkildə fəlakət bölgəsinə cəlb olunublar.