İstanbuldakı Azərbaycan məktəbində şiddət - Azyaşlıları döyən işçi saxlanıldı - VİDEO

 

 

İstanbulun Bayrampaşa rayonunda fəaliyyət göstərən Hüseyn Cavid adına özəl uşaq bağçasında azyaşlılara qarşı zorakılıq edildiyi iddiası ilə bağlı araşdırma aparılıb.

Milli.Az xəbər verir ki, məlumata görə, valideynlərin şikayəti əsasında baxış keçirilən təhlükəsizlik kameralarının görüntülərində müəssisənin 60 yaşlı işçisinin uşaqlara qarşı kobud davrandığı iddia edilib. 

İddialara əsasən, həmin şəxs günorta yuxusu zamanı uşaqları vurub, həmçinin yeməkxanada onlara qarşı sərt və qeyri-etik davranış sərgiləyib.

Həmçinin qadının Azərbaycan dilində danışması diqqət çəkib.

Məlumat yayılandan sonra polis əməkdaşları şübhəli şəxsi saxlayaraq istintaqa cəlb edib. Dindirilmədən sonra o, məhkəməyə göndərilib və hüquqi proses davam etdirilir.

Eyni zamanda Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi də hadisə ilə bağlı bağçada yoxlamalara başlayıb.

Araşdırmanın nəticəsinə uyğun olaraq, təhsil müəssisəsinə qarşı əlavə inzibati tədbirlərin görülə biləcəyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31