Bakıda güclü külək nəticəsində 3 nəfər xəsarət aldı
27 Noyabr 2023 15:44 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Klinikin Tibbi Mərkəzə külək səbəbindən xəsarət almış 3 nəfər yerləşdirilib.
Bu barədə Olaylar.az-a Mərkəzdən bildirilib.
Əlavə edilib ki, onlara ilkin olaraq alın nahiyəsinin çapılmış zədəsi və başın küt travması diaqnozu qoyulub.
Qeyd edilib ki, mərkəzə gətirilən hər üç şəxsə ilkin tibbi yardım göstərilib. Birinin xəstəxanada müalicəsi, digər iki şəxsin evə buraxılması nəzərdə tutulub.
Qeyd edək ki, bu gün və sabah ölkə ərazisində hava şəraiti yağıntılı keçəcək, güclü külək əsəcək, şimşək çaxacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31