Xaçmaz polisinə bugün 7 ədəd sənədsiz silah təhvil verilib
27 Noyabr 2023 15:08 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Xaçmaz polisinə bugün 7 ədəd sənədsiz silah təhvil verilib
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Olaylar.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər zamanı bu gün ərzində polis əməkdaşları tərəfindən 7 ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31