Güclü külək Astarada fəsadlar törətdi
27 Noyabr 2023 14:58 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Dünən axşam saatlarından başlayan güclü külək Astara rayonunda bir sıra fəsadlar törədib.
Olaylar.az xəbər verir ki, güclü külək rayonda əsasən elektrik və rabitə təsərrüfatlarına ziyan vurub.
Görülən qabaqlayıcı tədbirlər nəticəsində şəhər ərazisində enerjinin verilişində fasilələr olmayıb.
Bundan əlavə, güclü külək bir neçə yaşayış binasının, evlərin və bəzi tikililərin dam örtüyünü uçurub. Binanın dam örtüyü yaxınlıqda dayanan Məharət Həsənova məxsus "Mercedes" markalı minik avtomobilinin üzərinə düşüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda bölgədə küləkli hava şəraiti davam edir. (Trend)





Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31