Çexiyada ölkə tarixinin ən böyük tətili planlaşdırılır - ÖZƏL
27 Noyabr 2023 14:15 HadisəÇexiyada həmkarlar ittifaqları bu gün, noyabrın 27-də, təxminən 1 milyon işçisi və məktəb müəssisələrinin 70%-nin işçi heyəti olan yüzlərlə müəssisə və şirkəti əhatə edəcək tətil keçirəcək.Olaylar xəbər verir ki, Çexiya-Moraviya Həmkarlar İttifaqları Konfederasiyasının (CMTU) rəhbəri Yozef Strşedula bildirib ki, bu, ölkə tarixində ən böyük tətil olacaq.
Olaylar xəbər verir ki onun sözlərinə görə, çexlər hazırkı vəziyyətdən qəzəbləniblər"və "hakimiyyətin onlara qulaq asmadığı qənaətindədilər. Tətilin məqsədi respublika hökumətini cəmiyyətdə baş verənlər barədə düşünməyə məcbur etməkdir.
Qeyd edək ki, Həmkarlar ittifaqlarının əsas narazılığına səbəb dövlət maliyyəsinin yaxşılaşdırılması üçün prezident Peter Pavel tərəfindən imzalanmış tədbirlər paketi, o cümlədən dövlət subsidiyalarının azaldılması, bəzi vergi güzəştlərinin ləğvi, bir sıra mal və xidmətlərə ƏDV-nin artırılması, və pensiyaların ödənilməsi şərtlərində dəyişikliklərdi. Həmkarlar ittifaqları və müxalifətin fikrincə, bu dəyişikliklər inflyasiyanın artmasına və vətəndaşların həyat səviyyəsinin aşağı düşməsinə səbəb olacaq.
Bu gün respublikanın bütün bölgələrində mitinq və yürüşlərin keçirilməsi planlaşdırılır. Praqada etirazçılar parlament binası yaxınlığındakı Malostranska meydanına toplaşacaq. Tətildə nəqliyyat, dəmiryol, təhsil, səhiyyə, mədəniyyət, yeyinti və ağac emalı sənayesi işçilərinin həmkarlar ittifaqları da iştirak edəcək. Bir çox müəssisə istehsalı ən azı bir saat dayandırmağı planlaşdırır.