Bakıda məktəbdən oğurluq edildi
27 Noyabr 2023 10:31 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Binəqədi rayonunda məktəbdən oğurluq edilib.
DİN-dən Olaylar.az-a verilən məlumata görə, noyabrın 22-nə keçən gecə Binəqədi rayonu ərazisindəki orta məktəblərin birindən notbuk və proyektor oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri N.Atayev və əvvəllər məhkum olunmuş F.İdrisov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31