Abşeronda ağır qəza: təcili yardım maşını aşıb

Abşeron rayonu Xırdalan şəhərində təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

Olaylar.az xəbər verir ki, şəhər ərazisindəki işıqforun qarşısında "Hunday" markalı minik avtomobili ilə "Fiat" markalı operativ nəqliyyat vasitəsi toqquşub.

Zərbənin təsirindən təcili tibi yardım avtomobili aşıb. Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31