Azərbaycanda tanınmış şəxs faciəvi şəkildə öldü

Neftçalada tanınmış rəssam yol qəzasında həlak olub.

Olaylar.az xəbər verir ki, uzun illər Neftçala Tarix-Diyarşünaslıq Muzeyində çalışan, tanınmış rəssam Nurəddin Nəzərovun olduğu motosiklet aşıb.

Rəssamın ailə üzvlərindən verilən məlumata görə, motosikletin qarşısına iribuynuzlu heyvan çıxdığından sürücü idarəetməni itirib. Nəticədə motosiklet aşıb və N.Nəzərov hadisə yerində dünyasını dəyişib.

Faktı Neftçala Tarix-Diyarşünaslıq Muzeyindən də təsdiq ediblər.

Azərbaycanda tanınmış şəxs faciəvi şəkildə öldü (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31