Azərbaycanda daha bir məşhur şirkət ləğv olunur
25 Noyabr 2023 10:29 Hadisə"İmişli Yol Tikinti-6" ASC ləğv edilir.
Olaylar.az-ın əldə etdiyi məlumata görə, cəmiyyətin səhmdarları bununla bağlı bir araya gələcək.
Şirkətin ləğvi üçün toplantının vaxtı gələn ilin yanvar 13-nə təyin edilib.
Toplantıda Ləğvetmə komissiyası yaradılacaq və bu komissiyanın səlahiyyətləri müəyyənləşdiriləcək.
Eləcə də Cəmiyyətin müşahidə şurasının və icra orqanın səlahiyyətlərinə xitam veriləcək.
Qeyd edək ki, şirkətin bağlanmasına səbəb müflis olmasıdır. (İqtisadiyyat.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31