Xızıda teplovozla avtomobil toqquşdu - FOTO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Bu gün saat 13:20 radələrində ADY-yə məxsus teplovoz Sitalçay-Tağıyev çeşidləmə mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 99-MR-785 olan "Mercedes" markalı avtomobil xəbərdarlıq nişanlarına məhəl qoymadan dəmiryol xəttini keçməyə cəhd edib.

Bu barədə Olaylar.az-a qurumdan məlumat verilib.

Məlumata görə, toqquşma nəticəsində xəsarət alan olmayıb.

ADY nəqliyyat vasitələri sürücülərini "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır.

Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər sadəcə 100 AZN məbləğində cərimələnmir, özünün və sərnişinlərin həyatını da riskə atırlar.

Xızıda teplovozla avtomobil toqquşdu (FOTO)

Xızıda teplovozla avtomobil toqquşdu (FOTO)

Xızıda teplovozla avtomobil toqquşdu (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31