Güclü yanğın milyonlarla manatı külə çevirdi - VİDEO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Bakının Binəqədi rayonu ərazisindəki inşaat materiaları bazarında güclü yanğın olub.

Olaylar.az Xəzər TV-yə istinadən bildirir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, yanğınla bağlı yüksək çağırış elan edilib.

20-ə yaxın texnika və 100-ə yaxın şəxsi heyət hadisə yerinə cəlb olunub.

Yanğının yüksək gərginli elektrik xətlərinin altında olması yanğınsöndürənlərin işini daha da çətinləşdirib.

Ərazidəki 110 kilovoltuq elektrik dirəyi təxminən 45 dərəcə əyilib. Sözügedən dirəyin deformasiyaya uğraması səbəbindən elektrik enerjisinin verilişi tam dayandırılıb.

Yanğın nəticəsində 1 nəfər dünyasını  dəyşib. Hadisə ilə bağlı Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi  birgə məlumat yayıb.

Yanğın səbəbindən  Ziya Bünyadov prospektindəki köməkçi yolda məhdudiyyətlər tətbiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31