Bərdədə döşəməsi çökən yas evindən görüntülər - VİDEO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Bərdədə yas mərasimində döşəmənin çökməsi 1 nəfərin ölümü, 26 nəfərin xəsarət alması ilə nəticələnib.

Olaylar.az Xəzər TV-yə istinadən bildirir ki, bədbəxt hadisə Bərdənin Yenidaşkənd kəndində baş verib.

Yas mərasiminə gələn qadınlar evin ikinci mərtəbəsindəki otaqlardan birində toplaşıblar. Ağırlığa dözməyən döşəmə də qəfildən çöküb.

Hadisə zamanı xəsarət alan 65 yaşlı Sarıtel Məmmədova dünyasını dəyişib. 26 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31