İsmayıllıda baş verən qəza nəticəsində xəsarət alanların son vəziyyəti AÇIQLANIB

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Dünən İsmayıllıda baş verən ağır yol-nəqliyyat hadisəsi zaman xəsarət alanların son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Olaylar.az-a bildiriblər ki, İsmayıllı rayonunda baş verən qəza ilə əlaqədar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına 6 nəfər (cinsləri kişi olmaqla) yerləşdirilib.

Bildirilib ki, onlardan biri Azərbaycan, digərləri Hindistan vətəndaşlarıdır.

"Pasientlərdən birinin müayinə və müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağırdır.

Digərlərinin isə müalicəsi Cərrahiyyə şöbəsində aparılır, vəziyyətləri orta-stabil qitymətləndirlir", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, noyabrın 23-də Bakı-Şamaxı-İsmayıllı yolunda "Mercedes Vito" aşıb, altı nəfər xəsarət alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31