Bakıda obyekt yanır - VİDEO - YENİLƏNDİ
23 Noyabr 2023 20:39 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.
Olaylar.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
20:14
Binəqədi rayonunda metronun "Azadlıq Prospekti" stansiyası yaxınlığında ticarət obyekti yanğın baş verib.
Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları cəlb olunub.
Əlavə məlumat veriləcək.
