Bakıda taxta bazarındakı yanğında ölən şəxs KİMDİR? - VİDEO

Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektindəki taxta bazarında baş verən yanğında həyatını itirən şəxslə bağlı yeni detallar məlum olub.

Olaylar.az-ın əldə məlumata görə, yanğında həyatını itirən 1962-ci il təvəllüdlü Razi Qasımov yaxın qohumunun obyektində mühafizəçi işləyirmiş. Razi Qasımov yanğın baş verən zaman alovun mühafizə etdiyi obyektə də keçməsini görməsindən sonra halı pisləşərək hadisə yerində dünyasını dəyişib. 

TƏBİB-in yaydığı məlumata görə, Bu gün saat 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, "Dərnəgül" taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

Hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb. (BAKU.WS)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31