Müharibə iştirakçısı olan məktəb direktoru qəfil vəfat etdi - FOTO
23 Noyabr 2023 10:38 HadisəSaatlı rayon Əhmədbəyli kənd orta məktəbinin direktoru, Vətən müharibəsi iştirakçısı Eldost Azayev qəfil dünyasını dəyişib.
Olaylar.az xəbər verir ki, 44 yaşlı direktor ötən gecə yaşadığı evdə vəfat edib.
Qeyd edək ki, Eldost Azayev Vətən müharibəsinə könüllü yollanıb və döyüşlərdə leytenant kimi iştirak edib. Ona müharibənin gedişində baş leytenant rütbəsi verilib. E.Azayev Vətən müharibəsindən sonra Qubadlının və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif edilib. (Trend)


![]()
![]()
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31