Yanğında dünyasını dəyişən şəxsin ölüm səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, bu gün Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında yanğın baş verib. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib. 

Olaylar.az əldə etdiyi məlumata görə, həmin şəxs ürəktutmasından vəfat edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31