Bakıda "taxta bazarı"ndakı yanğın məhdudlaşdırılıb
23 Noyabr 2023 10:06 HadisəBakıda "taxta bazarı"ndakı yanğın məhdudlaşdırılıb.
FHN Mətbuat xidmətindən Olaylar.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın məhdudlaşdırılıb.
Yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın baş verib. Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31