Oğuzda uşaq bağçası yandı
23 Noyabr 2023 10:02 HadisəOğuz şəhər ərazisindəki körpələr evi-uşaq bağçasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Olaylar.az-a bildirilib ki, gecə saatlarında yanğınla bağlı məlumat daxil olub.
Dərhal FHN-in Yanğından Mühafizə Hissəsinin bir neçə texnikası və canlı qüvvəsi hadisə yerinə cəlb edilib.
Yanğın yanğından mühafizə hissəsinin əməkdaşlarının səyi nəticəsində söndürülüb, eyni zamanda, yaxınlıqdakı yardımçı tikililər yanğından mühafizə edilib.
Hadisə zamanı xəsarət alan olmayıb.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31